Zərərsizləşdirilən erməni hərbçilərin fotoları yayıldı


Bu gün gecə saatlarında Kəlbəcər istiqamətində zərərsizləşdirilən erməni hərbçilərin fotoları yayılıb.


"Caliber" kanalı erməni tərəfin xəbəri təsdiqlədiyini yazır. Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, N saylı hərbi hissənin ərazisində mühəndis işləri aparan 6 nəfər erməni hərbçi Azərbaycan ordusunun hərbçiləri tərəfindən zərərsizləşdirilib.
Qeyd edək ki, gecə saat 3 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar saxlanılıb. Xəbəri Azərbaycan Müdafiə Nazirliyi yayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu