Regionlar üzrə avtobuslarda hərəkət edəcək sərnişinlərdən COVİD pasportu tələb edilməyəcək


Regionlar üzrə avtobuslarda hərəkət edəcək sərnişinlərdən COVİD pasportu tələb edilməyəcək.


AFN xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, sərnişinlərdən yalnız avtovağzal stansiyalarına uyğun girişi zamanı onların hərarətləri yoxlanılacaq:

“Hər hansı sərnişində narahatlıq yarandığı zaman, yaxud hərarətləri yüksək olduğu təqdirdə onlar avtostansiyalarda olan tibb məntəqələrinə yönləndiriləcəklər".

N.Allahyarova qeyd edib ki, sərnişinləri daşıyacaq sürücülərin 70 faizi artıq vakansiyadan keçib. İyun ayının ortalarından isə onlayn bilet satışı həyata keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu