Bakıda polis ictimai yerdə koronavirus xəstəsini aşkarladı


Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.



Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Mayın 27-də Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, aktiv koronavirus xəstəsi olan Bakı şəhər sakini A.Əhmədovun yaşadığı evi tərk etməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən saxlanılan A.Əhmədovla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə evinə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu