Yardımlıda 1 yaşlı körpə quyuya düşərək öldü
Yardımlı rayonunda dəhşətli hadisə baş verib.
“Report”un xəbərinə görə, rayonun Vərgədüz kənd sakini 1 yaşlı Nəriman Tağılı yaşadığı evin həyətində quyuya düşərək vəfat edib.
Hadisə zamanı körpənin nəzarətsiz qaldığı bildirilir.
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.