Azərbaycan bayrağı Türkiyə səmasında - FOTOLAR


Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız fəal iştirak edir.


Bu barədə AFN-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin növbəti günündə senariyə əsasən qəzaya uğramış aviasiya vasitəsi ekipajlarının yerinin müəyyənləşdirilərək xilas olunması məqsədilə axtarış-xilasetmə əməliyyatları icra edilib.

Təlimə cəlb olunan pilotlarımız Mi-17 helikopteri ilə koordinatlar əsasında müəyyən edilən əraziyə eniş edib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları isə qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirirərək, ekipaj üzvlərini ərazidən təxliyyə edib.

Paraşüt hazırlığı üzrə keçirilən növbəti məşqlərdə də şəxsi heyət tərəfindən müxtəlif tapşırıqlar icra olunub. Üçrəngli Azərbaycan bayrağı Konya səmasında dağlalandırılıb.

Təlim iyunun 4-dək davam edəcək.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu