Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Abşeron milli parkında tədbir keçirilib


Uşaqların asudə vaxtlarını daha səmərəli keçirmək, onlara yaddaqalan həftəsonu təşkil etmək məqsədilə bazar günü Abşeron milli parkında mavi səma altında çərpələng uçurma yarışı keçirilib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçirilən tədbirdə uşaqlar dəniz sahilində çərpələnglər uçurub, qum oyunları ilə əylənib.

Qeyd edək ki, milli parka gələn ziyarətçilər açıq havada dəniz sahilində maraqlı həftəsonu keçiriblər.











AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu