Gürcüstanda Cənubi Afrika ştammına ilk yoluxma qeydə alınıb


Gürcüstanda koronavirusun Cənubi Afrika ştammına yoluxma faktı təsdiqlənib.



“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

O, həmin şəxsin Gürcüstan vətəndaşı olduğunu bildirib: “O, Dubayda səfərdə olub. Həmin şəxs tam olaraq sağalıb, hazırkı vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu