Tikinti şirkəti 1.6 milyon manatlıq dələduzluq edib - İTTİHAM
Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan “Avro Qrand” MMC-nin rəhbərliyi 1,6 milyon manatlıq dələduzluqda ittiham olunur.
AFN “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə paytaxt sakini, 1965-ci il təvəllüdlü Hüseyn Əliyev DİN-ə müraciət edərək məlumat verib.
O bildirib ki, MMC-nin rəhbəri Xanlar Cəfərov və əməkdaşları – Allahverdi ilə İsmayıl obyekt almaq adı ilə onu aldadaraq 1 575 000 manat pulu alaraq mənimsəyiblər.
Müraciətlə bağlı Binəqədi RPİ-də araşdırma aparılır.