Bu gün həlak olan jurnalistlərin son görüntüləri - VİDEO


Bu gün Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov bir müddət öncə AzTV-yə müsahibə veriblər.


“Qafqazinfo” xəbər verir ki, jurnalist Məhərrəm İbrahimov çıxışında bildirib ki, onlar işğaldan azad olunan kəndlərə daxil olaraq ev-ev, küçə-küçə çəkilişlər aparırlar: “Məktəbləri, sosial obyektlərin hamısını bir-bir lentə alırıq. Foto çəkilir, mən onların qeydiyyatını aparıram. Bundan başqa, hər bir kəndə daxil olanda həmin kənd barəsində ümumi məlumat toplayıram”.

Operator Sirac Abışov isə açıqlamasında özünün də məcburi köçkün olduğunu vurğulayıb: “Hər evi gördükcə öz evimizi göz önünə gətirirəm. Çəkdiyim kadrları 1 milyon qaçqının hissini yaşaya-yaşaya çəkirəm. Kadrlara 50 milyonluq Azərbaycan xalqının gözüylə baxıram. Amma çox təəssüf ki, görüləsi vəziyyətdə deyil”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu