Kəlbəcərdə həlak olanların nəşi ailələrinə təhvil verildi
Kəlbəcər rayonunda minanın partlaması nəticəsində həlak olan AzTV-nin əməkdaşı Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə gətirilib.
AzTV-nin operatoru Sirac Abışovun, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun nəşi yaxınlarına təhvil verilərək Bakı şəhərinə, Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin nəşi isə Göygöl rayonuna yola salınıb.