“Laçın və Kəlbəcərə 17 maşın mina yerləşdirmişik” - erməni polkovnik


Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyan işğaldan azad olunan Kəlbəcər və Laçın rayonlarının sərhədə yaxın ərazilərində mina yerləşdirdiklərini etiraf edib.


“Qafqazinfo” xəbər verir ki, onun bununla bağlı müsahibə verdiyi video tvitterdə yayımlanıb.

“Mənim birləşmələrim və mən Laçın və Kəlbəcər yaxınlığında 17 maşın mina yerləşdirmişik, minalara görə ərazidə heç nə edə bilməyəcəksiniz. Əsirlərimizi bizə qaytarın, mina xəritəsini verəcəyəm”,- deyə Qumaşyan qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu