Salyanda körpə divandan yıxılaraq ölüb


Salyan rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə olub.


“Report”un xəbərinə görə, 2020-ci il təvəllüdlü Məmmədəmin Əhmədzadə divandan yıxılaraq dünyasını dəyişib.

Qeyd edək ki, M.Əhmədzadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Seymur Əhmədzadənin övladıdır. S.Əhmədzadə Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə saxlanılmışdı. Bu iş üzrə təqsirləndirilən cəbhəçiyə dövlət ittihamçısı bu gün keçirilən məhkəmə iclasında 3 il 6 ay müddətinə şərti cəza istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu