Bakıda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb
Bakıda bədbəxt hadisə baş verib.
AFN APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
2017-ci il təvəllüdlü Sərdarlı Mehdi Əlihüseyn oğlu 6-cı mərtəbədə yerləşən evin pəncərəsindən yıxılıb. Azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.