Bakıda azyaşlı 5-ci mərtəbədən yıxılıb




Bakıda 5 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb.

AFN APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 07.00 radələrində Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Həmin binada 5-ci mərtəbədə yaşayan 2015-ci il təvəllüdlü azyaşlı eyvandan yıxılıb.

Kəllə-beyin tramvası alan azyaşlı xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu