Bakıda idman-sağlamlıq mərkəzində azyaşlı hovuzda boğularaq ölüb
Bakıda idman-sağlamlıq mərkəzində azyaşlı hovuzda boğularaq ölüb.
Hadisə Yasamal rayonunun Zahid Xəlilov küçəsində yerləşən “Megacity” fitness və spa mərkəzində qeydə alınıb.
Belə ki, nəzarətsiz qalan 2020-ci il təvəllüdlü G.Məmmədli hovuza yıxılıb. Nəticədə o, boğularaq ölüb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a bildirilib ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.