Azərbaycanın 55 şirkətinə dəmiryolu ilə Rusiyaya alma və pomidor tədarükünə icazə verilib
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") 15 iyun tarixindən etibarən Azərbaycan müəssisələrindən dəmiryol vaqonları ilə Rusiyaya alma və pomidor tədarükünə icazə verib.
"Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhmazlı arasında 10-11 iyun tarixlərində aparılan danışıqların nəticələrinə əsasən, iyunun 15-dən etibarən 31 pomidor və 24 alma istehsal edən şirkətlərə məhsul tədarükünə icazə verilib.
Malların daşınması fitosanitar sertifikatları ilə müşayiət olunan tam izlənmə ilə həyata keçiriləcək. Hər bir vaqonda bir istehsalçının yalnız bir növ məhsulunun nəqlinə icazə verilir.
Bu ilin 1 oktyabr tarixindən etibarən Azərbaycandan Rusiyaya alma və pomidorların konteynerlə daşınmasına keçidi nəzərdə tutulur.