Ermənistan silahlı qüvvələri yenə Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən AFN-ə bildirilib. "Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Hazırda bu istiqamətində vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır" - deyə nazirliyin məlumatında qeyd edilib.