Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən daha birini məhv edib


Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında yerləşən Mahmur düşərgəsi istiqamətində antiterror əməliyyatı davam edir.


Məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, iyunun 11-də keçirilən əməliyyat nəticəsində terrorçu PKK-nın Mahmur üzrə “məsul şəxsi” Hasan Adır məhv edilib.

Məlumata görə, o, qırmızı xətlə axtarışa verilmişdi.

Qeyd edək ki, iyunun 6-da terrorçu PKK qruplaşmasının rəhbərliyində təmsil olunmuş və Mahmur üzrə başlıca “məsulu” “Doktor Hüseyn” kod adlı Selam Bozkır da MİT tərəfindən keçirilən əməliyyat nəticəsində məhv edilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu