Tullantılara görə 40 min manatdan çox cərimə tətbiq olunub


“Tullantıların ətraf mühitə atılması və ətraf mühitdə tullantıların qalaqlanmasına görə Bakı Şəhər 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən son 1 ildə fiziki və hüquqi şəxslər barəsində 40 min 600 manatdan çox cərimə tətbiq olunub”.


Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov nazirliyin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı” verilişində bildirib.

O qeyd edib ki, həmçinin İdarə tərəfindən son 1 ildə 207 akt, 63 protokol tərtib olunub, 36 məcburi göstəriş verilib.

“Tullantıların ətraf mühitə atılması və ətraf mühitdə qalaqlanmasına görə İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə cərimə nəzərdə tutulur.

Qanunvericiliyə görə, fiziki şəxslərin cəriməsi 500 manatdan 800 manatadək, vəzifəli şəxslərin cəriməsi 2 min manatdan 3 min manatadək və hüquqi şəxslərin cəriməsi isə 6500 manatdan 8 min manata kimi təşkil edir. ETSN tərəfindən cərimələr ətraf ərazilərdə istehsalat və məişət tullantılarının qalaqlanması və yandırılmasına görə tətbiq olunur. Yaşayış məntəqələrinin içərisindən, tullantılar üçün nəzərdə tutulmuş meydançalardan kənara tullantıların atılmasına görə inzibati tədbirlərin görülməsi ETSN-in səlahiyyətində deyil. Lakin bu hallarda da aidiyyəti qurumlar qarşısında məsələ qaldırılır və problemin həlli istiqamətində tədbirlər görülür”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu