KOBİA rəhbərliyində dəyişiklik
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) yeni sədr müavini təyin edilib.
AFN xəbər verir ki, bu vəzifəyə Samir Hümbətov gətirilib.
O, indiyə qədər nazirlik yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyəti (İH) sədrinin müavini olub, yeni vəzifəsində bir qədər əvvəl Birləşmiş Tranzit Operatorunun direktoru təyin olunmuş Tamerlan Vahabovu əvəz edib.