“Məni ən çox Xosrovyan döyürdü” - YENİLƏNİB


Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.


Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmişlər ifadə verib.

Zərərçəkmiş Həbib Kazımov dindirilən zaman bildirib ki, 1992-ci ildə Sumqayıt şəhərindən hərbi xidmətə yollanıb, 1993-cü ildə döyüşlər zamanı erməni hərbçiləri tərəfindən əsir götürülüb, daha sonra Şuşa türməsinə aparılıb:

"Sumqayıtdan olduğum üçün Xosrovyan Alyoşa Aramaisoviç tərəfindən dəfələrlə işgəncələrə məruz qalmışam. Müalicə üçün Xankəndinə aparılmışam, lakin orada da məni döyürdülər. Bu iki şəxsi Şuşa türməsindən tanıyıram. Sərdar adında dostumuz var idi, orada onu öldürdülər. Şüşə türməsinin yanında odun doğranılan yerdə dəfələrlə işgəncələrə məruz qalmışıq. 1 il 9 ay əsirlikdə olmuşam, 1 il 2 ay da Lüdvik və Alyoşanı orada görmüşəm, onların hamısı hərbi geyimdə idilər. Məni ən çox Xosrovyan döyürdü, dəyənəklə, botinka ilə... Bizi ac-susuz saxlayırdılar. Onların qəhrəman hesab etdikləri şəxsin abidəsinin açılışı zamanı bizi çox pis döydülər”.

Daha sonra digər zərərçəkmiş Zaur Rzayev ifadə verib. O deyib ki, 1992-ci ildə Saatlı rayonundan hərbi xidmətə yollanıb, 1994-cü ildə Ağdam rayonunda gedən döyüşlərdə hərbçiləri tərəfindən əsir götürülüb:

"Huşsuz halda idim. Ayılanda gördüm ki, Xankəndi şəhərindəyəm, sağ çiyinimdən güllə yarası almışam. Bizi seperatçı rejimin o vaxtkı "müdafiə naziri” Samvel Babayanın donuz fermasında fəhlə kimi işlədirdilər. Armaturla, avtomatla, bellə döyülürdük, bədənimizə qızdırılmış dəmir basırdılar. Qırx nəfər əsiri ac-susuz fermada döyə-döyə, işgəncə verə-verə işlədirdilər. Əsirlikdə olan zaman 8-9-cu sinifdə oxuyan erməni uşaqlarını yanımıza gətirib bizi söydürüb təpiklə vurdururdular. Mkrtiçyan Lüdviki daha çox Xocavənd rayonunda görmüşəm”.

Məhkəmənin növbəti iclası iyunun 23-nə təyin edilib.

***

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmişlərin ifadə verir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə iclası keçiriləcək.

"Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi gözlənilir.

Xatırladaq ki, 10 noyabr 2020-ci ildə tarixdə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Aparılan istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Həmin birləşmələrin üzvləri 26-27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç və digərlərinin, ümumilikdə 14 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu