Bakıda yanğın olub - VİDEO


Bakının Səbail rayonunda yanğın hadisəsi olub.



AFN-in məlumatına görə, hadisə Bayıl qəsəbəsində, Gülüstan Sarayının yaxınlığında qeydə alınıb.

Otluq ərazidə baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən texnikası və yanğınsöndürənləri cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində təqribən 500 m² sahədə quru ot və kol-kos yanıb.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu