“Dənizkənarı Milli Park”ın direktoru dəyişib
Dənizkənarı Bulvar İdarəsinə (İdarə) məxsus “Dənizkənarı Milli Park” MMC-nin Faiq Əliyev vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, şirkətə rəhbərlik İdarənin əməkdaşı Ceyhun Məmmədova həvalə olunub.
Xatırladaq ki, F.Əliyev indiyə qədər həm də İdarəyə məxsus “Sahil Xidməti” MMC-yə rəhbərlik edib və bu vəzifəsində saxlanılıb.