Peyvənddən sonra antiteli yaranmayanlara 3-cü doza vurula bilər?


“İki doza peyvənd olunmuş, lakin antitel yaranmayan şəxslərə 3-cü dozanın vurulması ilə bağlı məsələ aktiv müzakirədədir”.


Bu barədə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva TƏBİB-in feysbuk səhifəsində canlı yayımda bildirib.

O qeyd edib ki, həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də peyvənd şirkətləri tərəfindən hələ ki, bu məsələ təsdiq almayıb: “Çalışmanın nəticələri ilin sonuna doğru açıqlanacaq və ondan sonra bu məsələ aydınlaşacaq. Bu gün üçün belə bir göstəriş və ya təlimat yoxdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu