Koçaryan məhkəməyə müraciət edəcək


“Ermənistan” Bloku iyunun 20-də keçirilən parlament seçkilərinin nəticələrini qəbul etmir.


Bu barədə “Ermənistan” Blokuna daxil olan “Dirçələn Ermənistan” Partiyasının sədri Vaqe Akopyan bildirib.

Onun sözlərinə görə, nəticələrin ləğv edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklər.

Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdə 71, “Ermənistan” Bloku 27, “Şərəfim var” bloku isə 7 yer qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu