“Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edildi
“Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edilib.
AFN xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan dilinin orfoepiya normalarını təsdiq edən orqan kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 avqust tarixli 495s nömrəli Sərəncamının 1-ci hissəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasına “Azərbaycan dilinin orfoepiya normaları”nın layihəsinin hazırlanması tapşırılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi Qrupu tərəfindən “Azərbaycan dilinin orfoepiya normaları”nın layihəsi işlənilib hazırlanıb, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib. Həmin layihə Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının sədri ilə razılaşdırılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinnin 2021-ci il 18 iyun tarixli 175 nömrəli Qərarı ilə qəbul edilib.
Təsdiq edilmiş normalarla buradan tanış ola bilərsiniz.