Balakəndə polis əməkdaşı xidməti silahla özünü öldürüb - RƏSMİ


Balakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahla özünü vuraraq intihar edib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AFN-ə verilən məlumata görə, hadisə iyunun 21-i saat 19 radələrində baş verib.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.

Hazırda faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu