Gömrükçülər dərman və siqaretlərin qanunsuz dövriyyəsinin qarşısını alıb
![](/uploads/posts/2021-06/1624347510_5bd6bfab-7c1c-3704-85de-1ded4ca6ba40_850.jpg)
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Mercedes -Benz" və "İveco" markalı nəqliyyat vasitələri saxlanılıb və sürücülər şifahi sorğu-sual olunub.
Bu barədə Komitə məlumat yayıb.
Məlumata görə, sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər.
Gömrük baxışı zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 3 229 həb və 363 ədəd müxtəlif adda dərman preparatları, 2 600 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.