Tehran Mənsimova daha iki medal verildi


Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamlara əsasən, təltif edilənlər arasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi, polkovnik Tehran Mənsimov da yer alıb.


O, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatırladaq ki, T.Mənsimov Prezidentin ötən ilin dekabrında imzaladığı sərəncamla da “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Bundan əlavə, polkovnik “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə mükafatlandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu