Türkiyənin faktaraşdırıcı missiyasının Ağdama səfəri başlayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti işğaldan azad olunmuş Ağdama gəlib.
Səfərin məqsədi Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətləri, dağıdılmış tarixi, dini, mədəni, təhsil, səhiyyə, sosial obyektlərlə bağlı birgə faktaraşdırıcı missiya həyata keçirməkdir.