"Mina xəritələrinin verilməsi işləri sürətləndirəcək”


"İyulun 3-də Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bu Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən xarici siyasətinin və diplomatiyamızın uğuru kimi dəyərləndirilməlidir".


Bunu millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, bununla yanaşı, mina xəritələrinin təqdim olunması məskunlaşma prosesinin proqnozlaşdırıldığından daha qısa müddətə rellaşmasına səbəb ola bilər:

"Belə ki, hazırda bərpa və yenidənqurma işləri üçün ən ciddi əngəllərdən biri məhz həmin ərazilərimizdə işğal dövründə ermənilər tərəfindən kifayət qədər çoxlu sayda minaların basıdırlmasıdır. Xəritələrin təqdim edilməsi minadan təmizləmə müddətini qısaltmaqla infrastruktur işlərini sürətləndirəcək.

Milli Məclisdə təmsil etdiyimiz Füzuli rayonu keçmiş təmas xəttində yerləşdiyi üçün düşmən qonşularımız tərəfindən bu ərazilərimizdə çoxlu minalar yerləşdirilib. Füzuli rayonunun işğaldan azad olunan ərazilərində hazırda Beynəxalq Hava Limanının tikintisi daxil olmaqla regional əhəmiyyət daşıyan infrastruktur işləri həyata keçirilir. İnfrastrukturun formalaşmasından sonra inzibati, sosial və yaşayış binalarının inşası üçün ərazinin minalardan təmizlənməsi çox vacibdir.

Qeyd edim ki, işğaldan azad olunum ərazilərimizdə məskunlaşma 4 mərhələdə aparılacaq. Birinci mərhələdə minalardan təmizlənmə, dəymiş ziyanın qiymətləndirilməsi, ikinci mərhələ infrastrukturun formalaşdırılması, o cümlədən kommunal xidmətlərə əlçatanlığın təmin edilməsi üçün xüsusi şəbəkənin yaradılmasıdır. Üçüncü mərhələ sosial və və inzibati binaların inşa edilməsi və dördüncü mərhələ vətəndaşlarımızın dədə-baba yurdlarına qayıtması və məskunlaşmasıdır. İnanırıq ki, bu mərhələləri daha qısa zamanda reallaşdırmaq mümkün olacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu