Ermənilər bu dəfə Gədəbəy istiqamətində atəşkəsi pozdu
İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
AFN-in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.