ÜST dörd həftədir COVID-19-a yoluxma sayında artım qeydə alır
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bu gün Cenevrədə keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bu artım ÜST-nin altı regionundan beşində qeydə alınıb.
Eyni zamanda Gebreyesus ölüm halları ilə bağlı bədbin rəqəmlər də açıqlayıb. Belə ki, buna qədər 10 həftə azalan ölüm sayı son həftədə artıma keçib.