Təcavüz olunan qadına psixoloji dəstək göstərilir


Sabirabad rayonunda döyülərək zorlanan qadına psixoloji yardım verilməsinə başlanılıb.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məsələnin komitənin nəzarətində olduğunu bildirib:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Sabirabad Uşaq və Ailələrə dəstək mərkəzinin əməkdaşları bir neçə dəfə həmin ailədə olub, uşaq və qadının vəziyyəti ilə yaxından maraqlanıblar. Ana və övladı psixoloji yardıma cəlb olunublar. İstintaq bitdikdən sonra da onlara psixoloji dəstək davam etdiriləcək. Qeyd edək ki, hadisə zamanı uşaq orada olmayıb”.

Qeyd edək ki, iyunun 12-si saat 22 radələrində yaşadığı evdə tək olarkən 1977-ci il təvəllüdlü N.M-nı zorlayan həmkəndliləri Faiq Əmrahov və Əvəz Əmrahov həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu