Ekspert status yazdı, Abşeron RİH-dən gəlib pul istədilər - FOTOLAR


"Abşeron rayon (Xırdalan) parkın içində idman qurğuları quraşdıranda çox sevindik. Hər gün xeyli uşaq həmin qurğulardan yararlanır. Ancaq həmin qurğulardan 50 metr kənarda, Zərifə Əliyeva küçəsində yerləşən binanın həyətindəki natəmizliyə göz yumulur".


AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkələrdə bildirib. O qeyd edib ki, bu şəraiti yaradan məhz Abşeron rayon İcra Hakimiyyətinin məişət tullantılarının daşınmasına məsul qurumudur: "Qurumun işçiləri gəlib ancaq zibil qutularını boşaldırlar. Yerdəkilərə əllərini də vurmurlar. Hakbuki İcra Hakimiyyəti daşınmaya görə ayda 400 manat pul alır. Dövlət büdcəsi hesabına bahalı maşınlar alıb əhaliyə pullu xidmət göstərirlər, özü də keyfiyyətsiz. Mən hələ yaxınlıqdakı bazardan yığılan zibilin çirkli suyunun binanın həyətinə axıdılmasını demirəm".
S.Əliyev qeyd edib ki, zibillik iki binanın arasında yerləşir və həm də binanın girişidir: "Hər gün bu natəmizliyin yanından xeyli uşaq keçir və onlar ayaqlarını maşının çirkab su axıtdığı yola qoymalı olur. Abşeron RİH göz görünən yerdə (parkda) uşaqların sağlamlığı üçün idman qurğuları quraşdırır, ondan 50 metr aralı, göz görünməyən yerdə isə uşaqların xəstəlik tapa biləcəyi natəmizlik yaradır".

Ekspert növbəti paylaşımında bildirib ki, yuxarıda yazdığı statusdan sonra Abşeron Rayon İcra Hakimiyyətindən əraziyə gəliblər: "Deyiblər ki, əlavə pul verin yerdəki zibilləri yığaq. Sonra çıxıb gediblər. Vəziyyət belə qalıb. İcra Hakimiyyəti yox, biznes obyektidir sanki".










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu