Xırdalandan zibil şikayəti: Abidin Fərzəliyev birbaşa öz səlahiyyəti ilə məşğul olmağa vaxt tapacaqmı? - FOTOLAR


Paylaşımdan bir neçə saat sonra Samir Əliyev məhəllədəki zibil probleminin həll olunduğunu yazıb.


"Dostlar, bizim problem artıq həll olunur. Ümid edirəm Xırdalanın digər məhəllələrində də problem həllini tapacaq" - deyən ekspert zibilyığan nəqliyyatın görüntüsünü də ictimailəşdirib.

***

Xırdalan şəhəri ilə bağlı problemlər bitib-tükənmək bilmir. Sakinlər hər gün yeni bir problemlə üzləşirlər, yeni şikayətlər üzə çıxır. Şəhər əhalisini ən çox narahat edən məsələlərdən biri də zibilliklərdir.


AFN.az xəbər verir ki, bu dəfə iqtisadçı ekspert Samir Əliyev zibil problemini gündəmə gətirib. O, sosial mediadakı hesabında bildirib ki, Xırdalıanın mərkəzində, Heydər Əliyev parkının yanındakı Zərifə Əliyeva küçəsinin həyətində zibil qalaqları həftələrdir ki, qalır. Ekspert problemin bu həddə çatmasında Abşeron Rayon İcra Hakimiyyətinin də "payı" olduğunu deyib: "Zibil bir həftədən çoxdur ki, yığılmır. Çünki zibi yığımı işinə Abşeron rayon İcra Hakimiyyətinin nəzdindəki Abad-Abşeron baxır. Kefləri nə vaxt istəyir o vaxt gəlirlər. Abşeron RİH başçısının başı isə pul qazanmağa qarışıb. Heydər Əliyev parkında gündən-günə attraksionların və ictimai iaşə obyektlərinin sayı artır. Park faktiki olaraq insanların, xüsusilə də ahılların istirahət yerindən gənclərin qəlyan çəkmək üçün əyləncə mərkəzinə çevrilib".
S.Əliyev qeyd edib ki, Abşeron RİH zibil daşınmasını inhisara alıb, başqa şirkətləri bu sektora buraxmır, özləri isə kefləri nə vaxt istəsə o vaxt təmizlik işlərinə baxırlar: "Zibilliyin bu həddə çatması xəstəlik mənbəyidir. Ümid edirəm Abşeron RİH başçısı cənab Abidin Fərzəliyev birbaşa öz səlahiyyəti ilə məşğul olmağa vaxt tapacaq və öhdəliklərini yerinə yetirəcək".










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu