Xırdalanda zibil "xirtdəyə çıxır" - FOTOLAR
Bu dəfə tanınmış jurnalist Cavid İsmayıl Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədən fotolar paylaşaraq, ərazidəki qalaqlanmış zibili ictimailəşdirib. Onun sözlərinə görə, bu antisanitar vəziyyət həm də dövlət qurumunun - poçt şöbəsinin qarşısında yaranıb.
C.İsmayılın paylaşımından günlər ötsə də, vəziyyət nəinki düzəlməyib, əksinə, daha da pisləşib. Belə ki, müəllif bu gün etdiyi paylaşımda zibilin daha da artaraq yerində qaldığını bildirib. O, Abşeron Rayon İcra Hakimiyyətinə "təşəkkür" də edib. "Zibil maşınının sürücüsünü işdən çıxarmağa tələsməyin! Sual budur: dünyada və ölkəmizdə pandemiya təhlükəsinin davam etdiyi bir şəraitdə yaşayış binasının və poçt şöbəsinin qarşısında zibil qutularının nə işi var?" - deyə sual edən jurnalistə təəssüf ki, cavab verilmir. Onun ictimailəşdirdiyi fotoları təqdim edirik:
P.S. Abşeron RİH-in mövqeyini təqdim etməyə hazırıq.