Tikinti şirkətinin iki əməkdaşı Xocalıda minaya düşdü
İyulun 21-də saat 23 radələrində 2 nəfər Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşüb.
AFN xəbər verir ki, bu barədə Xocalı Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları - Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
Hazırda faktla bağlı Xocalı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.