DGK yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi prosesi başlayıb


Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın yaradılması məqsədilə Şura üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi başlayıb.


DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN-ə verilən məlumata görə, bu məqsədlə Komitə sədrinin müvafiq sərəncamına əsasən İctimai Şuraya seçkilərin təşkili üçün Seçki Komissiyası yaradılıb. Seçki Komissiyasının 17 iyul 2021-ci il tarixli qərarı ilə 23 iyul 2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixədək İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyatı elan olunub. Qeyd edək ki, İctimai Şura 13 nəfərdən ibarət tərkibdə seçiləcək.

Namizədliyini irəli sürmək istəyən şəxslər aşağıdakı linkdən ətraflı məlumat ala bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu