Almaniyada 281 azərbaycanlının sığınacaq müraciəti rədd edilib


Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) bu ilin ilk altı ayı ərzində 281 azərbaycanlının sığınacaq müraciətini rədd edib.


Bu barədə “Report”un Avropa börosuna BAMF-ın mətbuat xidmətinin əməkdaşı Kristof Zander məlumat verib.

Onun sözlərinə görə, 2021-ci ilin ilk altı ayı ərzində ümumilikdə 263 azərbaycanlı federal idarəyə qaçqın statusu üçün müraciət edib.

“Onlardan 97-sinin müraciəti ilkin, 166 nəfərin isə, ikinci müraciəti olaraq qeydə alınıb” - deyə, K.Zander bildirib.

BAMF sözçüsünün sözlərinə görə, sözügedən müddətdə federal idarə 487 azərbaycanlının işi üzrə qərarını açıqlayıb: “İşinə baxılan şəxslərdən yalnız 6.8 %-i Cenevrə Konvensiyası və ya digər humanitar səbəblərə görə qaçqın və ya qoruma statusu əldə ediblər. Yerli məhkəmələr tərəfindən işinə baxılması üçün federal idarəyə yönləndirilən azərbaycanlıların sayı isə 173 nəfər olub”.

BAMF-dan bildirilib ki, ümumi sığınacaq axtaranların statistikasına baxdıqda Azərbaycan vətəndaşları Almaniyaya birbaşa yox, digər şengen ölkələrinin vizası ilə daxil olublar. Bu səbəbdən də, həmin şəxslərin qaçqın statusu ilə bağlı tələbləri rədd edilib, onların işi vizalarının olduğu ölkələrin miqrasiya idarələrinə göndərilib.

Məlumat üçün bildirək ki, 2021-ci ilin iyun ayında Almaniyanın miqrasiya idarələrinə ümumilikdə 10 282 ilkin sığınacaq müraciəti daxil olub. Onlardan yalnız 2 565 nəfərə Cenevrə Konvensiyasna əsasən qaçqın statusu verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu