Səməd Səmədov vəfat etdi


Azərbaycanın Xalq artisti Səməd Səmədov vəfat edib.


Bu barədə tanınmış stilist Samiraldo instaqram hesabında paylaşım edib. "Allah rəhmət eləsin!", - deyə Samiraldo qeyd edib.

Qeyd edək ki, tanınmış estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb.

1988-ci ildən toylarda çıxış edən Səməd Səmədov əhali arasında "Toylar Kralı" kimi tanınırdı.

2011-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

Qeyd edək ki, bu il S. Səmədovun bacısı ilə baldızı koronavirusdan vəfat edib.

Allah rəhmət eləsin!(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu