Numan Kurtulmuş: "Qarabağın azadlığını təmin edən bütün şəhidlərimizə rəhmət diləyirəm"


“Qafqaz İslam Ordusunun şəhidlərini yad edirik. Siz ölülər deyilsiniz. Siz 99 il əvvəl Azərbaycanaın hürriyyət və azadlığı uğrunda döyüşmüsünüz”.



APA-nın məlumatına görə, bunu Türk şəhidliyini ziyarət edən Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) nümayəndə heyətinin rəhbəri, AK Partiya sədrinin I müavini Numan Kurtulmuş bildirib.

AK Partiya sədrinin I müavini deyib ki, türk şəhidləri iki xalq arasında qardaşlıq bağlarını da yaradır: “Siz Azərbaycanın azadlığı uğrunda necə şəhid oldunuzsa, biz bu gün eyni qardaşlıqla Azərbaycanın yanında oluruq. Qarabağın azadlığını təmin edən bütün şəhidlərimizə də rəhmət diləyirəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu