İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisi açılıb
İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin açılış mərasimi olub.
APA-nın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfirliyi "Twitter"də bildirib.
"Bu gün Azərbaycan İsrail əlaqələrinin tarixində vacib bir gündür", - səfirlik bildirib.
Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov iştirak edib.