Sabiq həmsədrlər sərhəddəki gərginliklə bağlı bəyanat yaydı


ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatlıqlarını bildiriblər.


Bu barədə onların birgə bəyanatında deyilir. Onlar hər iki ölkəni vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə çağırıblar. Həmsədrlər tərəfləri Qarabağla bağlı üçtərəfli bəyanata uyğun olaraq atəşkəs rejiminin qorunması ilə bağlı öhdəliklərini tam yerinə yetirməyə çağırıblar. Onlar münaqişənin bütün əsas məsələlərinin razılaşdırılmış, hərtərəfli və stabil həll edilməsinin zəruriliyini bir daha təsdiqləyərək tərəfləri ən qısa zamanda Minsk Qrupunun himayəsi altında danışıqlara qayıtmağa çağırıblar.

Onlar bir daha tərəflərin ilkin şərtlər olmadan prioritetlərini əks etdirən strukturlaşdırılmış gündəliyi birlikdə nəzərdən keçirə bilməsi üçün birbaşa ikitərəfli məsləhətləşmələrin təşkili barədə təkliflərini təkrarlayıblar. Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və komandasının səylərini dəstəklədiklərini də bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu