Kürdəmir sakini həmkəndlisini güllələyərək öldürüb


Kürdəmirdə qətl hadisəsi baş verib.


AFN xəbər verir ki, hadisə rayonun Dayıkazımlı kəndində qeydə alınıb.

Bakı-Qazax yolunda yük maşını qəza törədib, yol təsərrüfatına ziyan dəyib - FOTO - VİDEO - YENİLƏNİB
Erməni silahlı dəstəsinin üzvlərinin hər biri 6 il azadlıqdan məhrum edilib- YENİLƏNİB-2 - VİDEO
Xaçmazda 34 yaşlı qadın əri tərəfindən qətlə yetirilib - YENİLƏNİB
Kənd sakini Vurğun Aydın oğlu Mehdiyev aralarında yaranan münaqişə zəminində həmkəndlisi Bəhmən Bəhlul oğlu Hümmətovu ov tüfəngi ilə vuraraq qətlə yetirib. Hadisə yerinə hüquq- mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ölən şəxsin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Hazırda Kürdəmir rayon prokurorluğunun əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu