Milli Məclisin Eldəniz Səlimovla bağlı məsələyə baxacağı tarix müəyyənləşdi
Milli Məclisin İntizam komissiyasının iclasının vaxtı məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, komissiyanın toplantısı avqustun 2-də keçiriləcək.
İclasda Baş prokuror Kamran Əliyevin polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə göndərdiyi təqdimata baxılacaq.
İntizam komissiyası təqdimata baxaraq deputatın toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edəcək.