AZAL: "Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil"


Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə etməsu barədə yanlış məlumat yayılıb.


AFN xəbər verir ki, bu barədə AZAL-ın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviaşirkətlər ondan istifadə etmir.

Aviaşirkət kütləvi informasiya vasitələrini təsdiqlənməmiş informasiyaya etibar etməməyə və yalnız rəsmi mənbələrə müraciət etməyə çağırıb.

"AZAL bu təxribatçı hərəkətlərin, yəni qəsdən yalan məlumatların yayılmasının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır", - milli aviadaşıyıcı bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu