Ermənilər Kəlbəcərdə ordumuza məxsus “Ural”ı vurub?


Müdafiə Nazirliyi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumata münasibət bildirib.


Nazirlikdən AFN-ə verilən məlumata görə, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bildirilib ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu