Şəhriyar Aronyanla heç-heçə etdi


Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun iştirakı ilə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci turniri - “Chessable Masters" keçirilir.


Ş.Məmmədyarov ilkin mərhələnin son turlarında Jorden Van Forrest, Alireza Firuzca, Uesli So, Levon Aronyanla heç-heçə edib. Şahmatçımızın Aryan Tari ilə mübarizəsi davam edir.

Xatırladaq ki, “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarətdir və bu ilin sentyabrında başa çatacaq. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 600 min ABŞ dolları təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu