Türkiyə və Azərbaycan xüsusi təyinatlıları birgə təlimə başladı


Ermənistanın Azərbaycanla sərhəddə atəşkəsi tez-tez pozduğu bir vaxtda Türkiyə bir daha Azərbaycana dəstəyini nümayiş etdirir. Bu gün Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin birgə “Qafaz qartalı” hərbi təlimləri başlayır. Bazar günü yekunlaşacaq təlimə Ukrayna da müşahidəçi qismində qatılacaq
.

“Türkiye” qəzetinin xəbərinə görə, təlimlərdə dost ölkələrin xüsusi təyinatlı qüvvələri arasında əməkdaşlıq və koordinasiya inkişaf etdiriləcək. Qarşılıqlı təcrübə və məlumat mübadiləsi ilə birlikdə ortaq əməliyyatların keçirilməsi də məşq ediləcək. Bura hədəflərin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyyəsi və digər vəzifələrin yerinə yetirilməsi də daxildir. Təlimlərdə Azərbaycan ordusunun xüsusi təyinatlıları, o cümlədən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılar iştirak edəcək.

Xatırladaq ki, ilin əvvəlindən bəri Azərbaycan və Türkiyə silahlı qüvvələri çoxsaylı birgə hərbi təlimlər həyata keçiriblər. İndiki təlimlər isə “Türkiye” qəzetinin yazdığı kimi, həm də Ermənistanın sərhəddə təxribatlara əl atdığı bir vaxtda Azərbaycana bir daha dəstək nümayiş etdirmək məqsədi daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu